Şəhid Cəbrayıl Dövlətzadənin atası: "Bu gün qazilərimizə baxanda oğlumu görürəm"

13:15 - 27 Sentyabr 2022

Şəhid Cəbrayıl Dövlətzadənin atası: \"Bu gün qazilərimizə baxanda oğlumu görürəm\"

"Bu gün qazilərimizə, veteranlarımıza baxanda oğlumu görürəm".

 

Manset.az xəbər verir ki, bu fikri "Report"a açıqlamasında Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.

O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib: "Bu gün xalqımız Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəliblər. Vətəndaşlarımız dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi, bu gün də unutmayıblar. Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil. Bu, bizə mənəvi dəstəkdir. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm!”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az