Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb - Deputat Rüfət Quliyev

14:40 - 29 Sentyabr 2022

Supermarketlərdə yeni fırıldaqçılıq metodu çıxıb - Deputat Rüfət Quliyev

Azərbaycanda supermarketlərdə yeni növ fırıldaqçılıq metodu ortaya çıxıb.

 

Manset.az trend-ə istinadən xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, məhsulu piştaxtadan götürüb kassaya gəlincə qiyməti qalxır. “Piştaxtada məhsulun üzərinə başqa qiymət yazılır, ancaq kassaya gələndə başqa, daha yüksək qiymət olur. Müdriyyəti çağırırsan, gəlib deyir qiyməti dəyişmək yadımızdan çıxıb”, - deyə o qeyd edib.

Deputat iclasda iştirak edən iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərova müraciət edərək bu istiqamətdə tədbirlər görülməsini xahiş edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az