Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider oldu

20:18 - 17 Oktyabr 2022

Azərbaycan şahmatçısı texniki qələbə ilə vahid lider oldu

İtaliyanın Sardiniya adasındakı gənclər arası dünya çempionatında iştirak edən Azərbaycan şahmatçısı Gövhər Beydullayevaya texniki qələbə verilib.

 

Manset.az xəbər verir ki, buna 19 yaşlı qrossmeysterin VI turda qarşılaşdığı hindistanlı Nutakki Priyankanın cibində qulaqcıq aşkarlanması səbəb olub.

Hadisə görüşdən sonra keçirilən ənənəvi yoxlanış zamanı baş verib. Priyanka oyun vaxtı qulaqcıqdan istifadə etməsə də, qaydalara uyğun olaraq, texniki məğlubiyyət alıb və mundialdan kənarlaşdırılıb.

Qeyd edək ki, məhz bu qələbədən sonra Gövhər Beydullayeva 5,5 xalla vahid lider olub. O, ən yaxın izləyicisini 0.5 xal qabaqlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az