Göygöldə silah-sursat TAPILDI

13:28 - 24 Oktyabr 2022

Göygöldə silah-sursat TAPILDI

Göygöl rayonunda silah-sursat tapılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər.

Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az