Ölkə ərazisində payız ağac əkini davam edir

17:19 - 24 Oktyabr 2022

Ölkə ərazisində payız ağac əkini davam edir

Payız ağac əkini mövsümündə ölkə ərazisinin bütün regionlarında ağacəkmə tədbirləri davam edir.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Manset.az-a bildirib ki, əkin mövsümü çərçivəsində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri aparılır.

"Payız əkin mövsümü başlayandan bugünədək Şamaxı, Tovuz, Ağcabədi, Sabirabad və digər Regional Meşə Təsərrüfatı Mərkəzlərinin meşə fondu torpaqlarının ümumilikdə 30 hektar sahəsində 14 960 ədəd müxtəlif cinsli ağac əkilib, 21 hektar sahədə  isə 1758 kiloqram palıd, vələs və ağcaqayın toxumu səpilib".

V.Fərzəliyev ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri genişmiqyaslı payız əkin kampaniyasında  yaxından iştiraka dəvət edib.

Xatırladaq ki, payız ağac əkininə oktyabr ayının 17-dən start verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az