Hava ilə bağlı XƏBƏRDARLIQ

15:20 - 28 Oktyabr 2022

Hava ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

 

Manset.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az