Bakıya səhər uçmalı olan təyyarə axşama qaldı

14:23 - 29 Oktyabr 2022

Bakıya səhər uçmalı olan təyyarə axşama qaldı

Bu gün Tbilisidən Bakıya uçmalı olan “Buta Airways” şirkətinin təyyarəsində gecikmə olub.

 

Manset.az xəbər verir ki, bu barədə jurnalist Teymur Maqsudov məlumat paylaşıb. O bildirib ki, səhər 08:30-da uçmalı olan təyyarəni 4 saat gözləyiblər: “Bu vaxt ərzində heç bir məlumat verilmədi. 12:15-də aeroportun nümayəndəsi dedi ki, təyyarədə nasazlıq var. Uçuş 23:50-dən tez olmayacaq. Sonra bizi siyahıya alıb hotellərə yerləşdirdilər. Bu proses 2 saata yaxın çəkdi. 100 sərnişin bu vəziyyətdə qaldı”.

Məsələ ilə bağlı "Buta Airways" aviaşirkətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən "Qafqazinfo"nun müraciətinə cavab olaraq bildirilib ki, Tbilisi-Bakı (J2-9230 səhər reysi) reysinin uçuş saatı texniki səbəblərə görə gecikir: "Sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə axşam yola düşəcəklər. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az