Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 555 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.