Bakıda uşaqları dilənçiliyə sövq edən qadın SAXLANILDI

11:54 - 01 Noyabr 2022

Bakıda uşaqları dilənçiliyə sövq edən qadın SAXLANILDI

Bakıda azyaşlıları dilənçiliyə sövq edən qadın məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, BŞBPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsi, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə Bakı metrostansiyalarında 4 azyaşlını dilənçiliyə sövq edən 1984-cü il təvəllüdlü R.Məmmədova saxlanılıb.

R.Məmmədova öz qohumlaının övladlarını dilənçiliyə sövq etdiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 523.2-ci maddəsilə inbzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallara baxılması üçünNizami rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Məmmədova 10 gün müddətində inzibati həbslə tənbeh edilib.

Azyaşlıların valideyinləri Polis Şöbəsinə dəvət olunaraq profilaktiki söhbətlər aparıldıqdan sonra övladları onlara təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az