“Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinin icrasını davam etdirir” - NAZİR

11:29 - 02 Noyabr 2022

“Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinin icrasını davam etdirir” - NAZİR

“Azərbaycanda dayanıqlı inkişaf gündəliyindən irəli gələn öhdəliklərin icrası istiqamətində görülən tədbirlər davam edir”.

 

Manset.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyində qeyd olunan təmiz və sağlam ətraf mühitin təmin olunması bütün səviyyələrdə dayanıqlı inkişafa nail olmaq üçün mühüm faktordur:

“Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması sektorlararası koordinasiya və bütün maraqlı tərəflərin prosesə cəlb olunmasına imkan verib. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2030 sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın dayanıqlı və yüksək templərlə artması fonunda keyfiyyətli ekoloji mühitin təmin olunması kimi mühüm vəzifə qarşıya qoyulub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az