Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA (FOTO)

10:07 - 03 Noyabr 2022

Metroda sərnişinin halı pisləşdi - AÇIQLAMA (FOTO)

Bakı metropoliteninin “28 May” stansiyasında sərnişinlərdən birinin halı pisləşib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, kişi sərnişin metropoliten işçiləri tərəfindən oturacağa uzadılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəstəyə tibbi yardım göstərilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, 63 yaşlı sərnişinin ürək-damar sistemində problem var, bu səbəbdən halı pisləşib:

“Metropoliten əməkdaşları xəbər tutan kimi yaxınlaşıb ilkin yardım göstəriblər. Həmçinin dərhal təcili tibbi yardım xidməti çağırılıb, onlar da tibbi yardım göstəriblər. Hazırda vəziyyəti normaldır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az