“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır” - Prezidentin xüsusi nümayəndəsi

11:09 - 03 Noyabr 2022

“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır” - Prezidentin xüsusi nümayəndəsi

“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.

 

Manset.az Report-a istinadla xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib:

“Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur”.

E.Hüseynov vurğulayıb ki, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir:

“Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az