Fazil Məmmədov dəfn olundu - YENİLƏNDİ

09:47 - 05 Noyabr 2022

Fazil Məmmədov dəfn olundu - YENİLƏNDİ

Fazil Məmmədov dəfn edilib.

Manset.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

Türkiyədə xəstəxanada vəfat edən sabiq vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.

Manset.az xəbər verir ki, eks-nazir bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. 

Bir neçə il əvvəl F. Məmmədovun qaraciyər sirrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Keçmiş nazir Türkiyədə müalicə alırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az