Noyabrın 4-də Cəbrayıl rayonunun Çullu kəndində insan sümüklər tapılıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.
Yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.