Bakı aeroportunda avtomobil yandı

11:32 - 08 Noyabr 2022

Bakı aeroportunda avtomobil yandı

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.

Məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az