Qarabağda 101-ci “Bakcell” baza stansiyası quraşdırıldı

17:40 - 08 Noyabr 2022

Qarabağda 101-ci “Bakcell” baza stansiyası quraşdırıldı

“Bakcell” şirkəti Qarabağda özünün 101-ci baza stansiyasını uğurla istifadəyə verib. 

 

Manset.az xəbər verir ki, bununla da şirkət ilin əvvəlində qarşıya qoyulan plana uyğun olaraq 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb.  

2022-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb. 

“Bakcell” işğaldan azad edilmiş ərazilərimizin bərpası və zəruri infrastrukturun yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirakını davam etdirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az