Ukraynanın Azərbaycandakı səfiri və Fəxri Konsul Milli Qəhrəmanın məzarını ziyarət etdi - Fotolar

19:27 - 08 Noyabr 2022

Ukraynanın Azərbaycandakı səfiri və Fəxri Konsul Milli Qəhrəmanın məzarını ziyarət etdi - Fotolar

Bu gün Birinci Qarabağ müharibəsi zamanı öz həyatı bahasına mülki insanları müharibə şəraitində Qarabağdan xilas edən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin məzarı ziyarət olunub.

 

Manset.az xəbər verir ki, Şəhidlər xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu  Mehrəli Qasımov,  Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə  milli qəhrəmanların və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər.

Simvolikdir ki, 30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər.

 






Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az