Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının QOHUMUDUR

10:05 - 09 Noyabr 2022

Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının QOHUMUDUR

Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Mehtiyev İskəndər Namiq oğlu gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib. 

Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib. 

R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehtiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehtiyevə bıçaq zərbəsi vuraraq öldürüb. 

R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az