İtaliyada 5,7 bal gücündə zəlzələ oldu

23:20 - 09 Noyabr 2022

İtaliyada 5,7 bal gücündə zəlzələ oldu

İtaliyanın Rimini sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Manset.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) episentri Riminidən 63 kilometr aralıda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Zəlzələ paytaxt Roma, Toskana, Pesaro, Florensiya və Boloniyada da hiss olunub. Marche bölgəsində dağıntılar və binalarda çatlar qeydə alınıb. Bölgədə qatarların hərəkəti dayandırılıb, Ankonada isə məktəblərdə tətil edilib.

İnsan tələfatı, xəsarət alan və ya maddi ziyan barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az