Xəbər verdiyimiz kimi, Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaş siçan dərmanı yeyərək vəfat ediblər.
Manset.az xəbər verir ki, İctimai TV azyaşlı iki qardaşın siçan dərmanı yeyərək zəhərlənib öldükləri evdə olub.
5 və 3 yaşlı uşaqların dərmanı mətbəxdəki yeşikdən götürdükləri bildirilib.
Qeyd edək ki, oğlanlar səhvən siçan dərmanını "jelibon” bilərək yeyiblər.
Ailənin onlardan başqa övladı yoxdur.