Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Beyləqan rayon sakini Zülfüqar Cabbarov olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.