Bakı sakini Qubada 6 kq narkotiklə SAXLANILDI

17:06 - 15 Noyabr 2022

Bakı sakini Qubada 6 kq narkotiklə SAXLANILDI

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satmasında şübhəli bilinən Bakı şəhər sakini İdris Qənbərov saxlanılıb.

Həmin şəxsin üzərinə  baxış keçirilən zaman beş kiloqrama yaxın narkotik vasitə olan marixuana və bir kiloqramdan çox heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İdris Qənbərovun barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az