Aparıcı Azər Zahidlə aktrisa Pərvin Abıyeva TikTok-da canlı yayımda dalaşıb.
Manset.az xəbər verir ki, bu mübahisədən sonra Azər Pərvinin tikTok hesabını bağlatdırmış və bir daha açılmayacağını demişdi.
Bu günlərdə isə Pərvinin 212 minlik profili açılıb.
Qeyd edək ki, aparıcı ilə aktrisa arasındakı mübahisəyə onların TikTok-dakı sıralaması və 300 manat səbəb olmuşdu. Pərvin TikTok-da üçüncü yerə çıxmasına imkan verməyən Azərə qeyri-etik ifadələr deyib. Azər canlı yayım açaraq Pərvinin ünvanına təhqirlər səsləndirib. Daha sonra Azər aktrisanın TikTok profilini bağlatdırıb. O, bunu canlı yayımda etiraf edib.
"O səhifə açılmayacaq. Mənə ilişməyin, heç kimlə işim yoxdur. Mənim üzərimdən qazanırsınız, amma mənə dil uzatmayın" deyə, Azər bildirib.
