Astarada kişi ağacdan yıxılaraq ölüb.
Manset.az xəbər verir ki, bədbəxt hadisə rayonun Siyəkü kəndində baş verib.
Belə ki, Bakı şəhər Binəqədi kənd sakini 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Ehtiyatsızlıqdan o, ağacdan yıxılıb. Müxtəlifdərəcəli bədən xəsarətləri alan F.Fətəliyev Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, mərhum həftəsonu anasının evinə qonaq gəlirmiş.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Nuranə Alisoy