Qardaşının evində özünü öldürən qadının kimliyi bilindi - YENİLƏNDİ

13:46 - 08 Dekabr 2022

Qardaşının evində özünü öldürən qadının kimliyi bilindi - YENİLƏNDİ

Bakıda özünü binadan atan qadının kimliyi məlum olub.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, həmin şəxsin 65 yaşlı Əsədova Tamilə Məhərrəm qızı olduğu üzə çıxıb.

Onun hansı səbəbdən özünü öldürməsi isə hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

11:58

Bakıda qadın özünü 4-cü mərtəbədən atıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Qardaşıgilə qonaq gələn qadının özünü 4-cü mərtəbədən ataraq intihar etdiyi bildirilir.

65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az