Keçmiş əri tərəfindən küçədə amansızlıqla öldürülən qadının FOTOSU

19:41 - 08 Dekabr 2022

Keçmiş əri tərəfindən küçədə amansızlıqla öldürülən qadının FOTOSU

Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın öldürülməsi barədə yeni məlumatlar məlum olub.

 

Manset.az qafqazinfo-ya isinadən xəbər verir ki, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.

Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.

Xatırladaq ki, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İ.Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 

Hazırda iş üzrə istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az