Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib - FOTOLAR

21:46 - 08 Dekabr 2022

Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib - FOTOLAR

 Payız ağac əkini mövsümü ilə əlaqədar ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir.

 

 Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Manset.az-a bildirib ki, bu gün Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə  ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 000 ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib.  

 “Mövsüm başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az