Həbsdə olan qonşusuna ayaqqabı dabanında narkotik keçirmək istədi

12:27 - 21 Dekabr 2022

Həbsdə olan qonşusuna ayaqqabı dabanında narkotik keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Bu barədə Manset.az-a Penitensiar xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 240.3.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Daşqın Nazim oğlu Axundzadəyə qonşusu Şirvan şəhər sakini Sübhan Əkbər oğlu Babayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının dabanında xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,799 qram olan narkotik maddə - heroinin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az