Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı inzibati tədbirlər müəyyənləşsə də, real təcrübədə buna hələki rast gəlinmir. Bu gün şagird-müəllim münasibətlərində daha çox təhsil verənlərin cəzalandırılması praktikası müşahidə edilir. Son illərin təhsil təcrübəsi göstərir ki, şagirdlərə ifrat dərəcədə sərbəstlik və daha geniş çərçivədə “əl-qol açmalarına şərait yaradılır.
Dərs prosesini və davamiyyəti mütəmadi pozan, ədabaz hərəkətləri ilə müəllimləri boğaza yığan şagirdlərin cəzalandırılmaması isə ictimaiyyətdə birmaənalı qarşılanmır.
Elə bu günlərdə paytaxtın Suraxanı rayonu 146 nömrəli tam orta məktəbində baş verən olay kimi...
8-ci sinfin ingilis dili dərsində Kazım Canıyevin şagirdi döydüyü barədə videogörüntülər yayıldı.
Təbii ki, döyülmə ilə bağlı fakt ortada olsa da, döyülən şagirdin dəfələrlə qeyri-etik davranışlar etməsi müzakirə mövzusuna çevrilmədi. Halbuki ədabaz şagirdlə bağlı valideynlərinə dəfələrlə xəbərdarlıq edilsə də, nəticəsi olmayıb. Bu dəfə isə müəllim hövsələdən çıxıb. Nəticə etibarilə Kazım Canıyev davranışına görə işindən kənarlaşdırılıb. Bəs şagird? Onun barəsində cəza tədbirinə ehtiyac yoxdur?
Ümumiyyətlə, müəllimlərin şagirdləri cəzalandırmaq kimi bir səlahiyyəti varmı?
Manset.az xəbər verir ki, təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya açıqlamasında bildirib ki, müstəqillik dövründə təhsilin ən böyük problemlərindən biri məhz ümumtəhsil məktəblərinin nizamnaməsinin olmamasıdır:
“Nizamnamənin olmaması müəllim-şagird, müəllim-valideyn, məktəb-valideyn, müəllim-müəllim arasındakı münasibətlərə çox ciddi boşluqlar yaradır. Düzdür, 2014-cü ildə Təhsil işçilərini etik davranış Qaydaları təsdiq olunub. Baxmayaraq ki, məktəblərin çoxunda tətbiq olunmur. Amma ən azı etik Qaydalarda tərəflərin münasibətləri haqda qismən qeyd olunur.
Məktəbin daxili intizam qaydalarını pozanların hansı formada cəzalandırılması, hətta hansı formada mükafatlandırılması mexanizmi isə yoxdur. Bunlar hər bir məktəbin nizamnaməsində əks olunmalıdıır. Bu yaxınlarda Elm və Təhsil Nazirliyi cəmiyyətə yaşıl, narıncı və qırmızı kartlarla bağlı qaydalar təqdim etdi. Amma bu məsələ də təhsil ictimaiyyəti tərəfindən müzakirəyə çıxarılmadı.
Hazırda qaydaları pozan şagirdlərin hansı formada cəzalandırılması qaydaları mövcud deyil. 10 gün əvvəl 146 saylı məktəbdə baş verən hadisə bizi bir daha düşündürməyə məcbur edir. 3 il ərzində digər müəllimlərin imtina etdiyi və Kazım müəllimin də indiyə qədər səbr etdiyi şagird mütəmadi olaraq qaydaları pozdu. Nəticə etibarilə Kazım müəllimi işdən azad etdilər. Hamı Kazım müəllimin qayda pozduğunu gördü. Amma Kazım müəllimi o səviyyəyə çatdıran şagird haqda tədbir görülmədi”.
Ekspertin sözlərinə görə illərdir ümumtəhsil məktəblərinin nizamnamələrinin hazırlanması təklif olunur:
“Nizamnamə hazır olmayana qədər, məktəblərimizdə istər şagirdlərlə, istər müəllimlərlə və ya valideynlərlə problemli situasiyalara rast gələcəyik. Məktəb rəhbəri problemli durumlarda necə addım atmalıdır, bunlar müəyyənləşməlidir. Hələ Sovet dövründə məktəbi əla qiymətlərlə bitirən və nümunəvi davranışı ilə fərqlənən şagirdlərə xüsusi tərifnamələr verilirdi. Bu tərifnamələr şagird və onun valideyni üçün çox böyük önəm daşıyırdı. Cəza sistemi tətbiq edilməlidir. Eyni zamanda mükafatlanmanın da sistemi qurulmalıdır. Görünən odur ki, boşluğu aradan qaldırmaq istəyən yoxdur”.
Məktəbdə özünü apara bilməyən şagirdlərə cəza sistemi TƏTBİQ EDİLSİN – Ekspertdən TƏKLİF
11:15 - 22 Dekabr 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 Avqust 2026 - 23:28
Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
15 Avqust 2026 - 22:00
Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
15 Avqust 2026 - 23:34
Bakıda müəllim küçədə yatdı - Hər şeyi oğurlandı
15 Avqust 2026 - 22:19
“28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
16 Avqust 2026 - 00:30
“Qalatasaray”a "yox" dedi
15 Avqust 2026 - 22:51
Beyləqanda qadın su kanalında batdı
15 Avqust 2026 - 23:53
Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi
15 Avqust 2026 - 23:17
"Sabah" "Kəpəz"i məğlub etdi
15 Avqust 2026 - 22:36
Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
16 Avqust 2026 - 01:30
Yayda hər şey yemək olmaz
15 Avqust 2026 - 21:47
"Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
15 Avqust 2026 - 21:32
Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
Xəbər xətti
- 16 Avqust 2026
- 18:17 İran və Oman Hörmüzdəki vəziyyəti müzakirə etdi
- 17:54 Zimbabvedə bərə qəzası - Ölənlərin sayı artdı
- 17:44 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı
- 17:29 Şirvan kanalında kişi meyiti tapıldı
- 17:15 Zubir “Qarabağ”dan ayrıldı - RƏSMİ
- 16:54 Meteohəssas insanların NƏZƏRİNƏ
- 16:33 Bakı-İsmayıllı yolunda 2 maşın toqquşdu - VİDEO
- 16:16 Husilərə qarşı gün ərzində 200-ə yaxın əməliyyat keçirildi
- 15:53 1 tona yaxın yanacaq yola töküldü: Goranboyda qəza - FOTO
- 15:34 İran ABŞ hərbçilərinin başına mükafat qoydu
- 15:18 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - FOTO/VİDEO
- 15:00 Sabah çimərliklərdə suyun temperaturu bu qədər olacaq
- 14:45 Ukraynanın sabiq prezidenti Bakıya gəldi
- 14:36 Messi 12 il əvvəlki antirekordunu təkrarladı
- 14:17 Ucarda "Mercedes" qəzaya uğradı - Xəsarət alanlar var
- 14:00 Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü
- 13:47 Müdafiə Nazirliyi Abbasəli Novruzovun vəfatı ilə bağlı başsalığı verdi
- 13:30 Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
- 13:10 Sabah bu ərazilərdə yağış yağacaq - PROQNOZ
- 12:56 Mədəaltı vəzi xərçəngində inqilabi YENİLİK
- 12:40 Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum oldu
- 12:23 Abbasəli Novruzov vəfat etdi - FOTO
- 12:14 Bakıda bədbəxt hadisə - 65 yaşlı kişi öldü
- 11:54 "Neftçi"dən yeni transfer
- 11:33 Moskvaya kütləvi PUA hücumu
- 11:15 Türkiyənin məşhur kurort bölgəsi yanır - FOTO
- 10:54 “Qafqazinfo”nun 16 yaşı tamam olur
- 10:38 Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
- 10:20 Saxta adla böyük oyun: Bakıda Hersoqun qəbuluna can atıbmış - İz deputat Rafailova aparır
- 10:13 Makron bu fotolarına görə tənqid olundu
- 09:55 ABŞ-də ATIŞMA - Ölən və yaralananlar var
- 09:36 Tanınmış aktyor vəfat etdi - FOTO
- 09:15 “Ford” elektrik dirəyinə çırpıldı - 25 yaşlı kişi öldü
- 09:00 İran və Oman Hörmüz boğazı üzrə marşrutu razılaşdırdı
- 08:30 Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?
- 08:00 Alimlərdən yuxu üçün vacib tövsiyə - Şam yeməyini erkən yeyin
- 01:30 Yayda hər şey yemək olmaz
- 00:30 “Qalatasaray”a "yox" dedi
- 15 Avqust 2026
- 23:53 Cənubi Koreya prezidenti KXDR-ə daimi sülh təklif etdi
- 23:34 Bakıda müəllim küçədə yatdı - Hər şeyi oğurlandı
- 23:28 Gəncədə Nuran üçün izdiham yarandı - VİDEO
- 23:17 "Sabah" "Kəpəz"i məğlub etdi
- 22:51 Beyləqanda qadın su kanalında batdı
- 22:36 Dövlət Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi
- 22:19 “28 May” NMM-də avtobusların dayanacaq yerləri dəyişdirildi
- 22:00 Azərbaycanda AĞIR QƏZA - Ölənlər var
- 21:47 "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşmədi
- 21:32 Azərbaycan XİN İndoneziyaya başsağlığı verdi
- 21:16 Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
- 20:54 Bakıda daha bir həyətdən meyit tapıldı
- 20:33 ABŞ-də universitet kampusunda atışma - 5 yaralı var