Kür çayına balıq körpələri buraxıldı - FOTOLAR

14:25 - 27 Dekabr 2022

Kür çayına balıq körpələri buraxıldı - FOTOLAR

Biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Yevlax rayonunda keçirilib.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Manset.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Su Nəqliyyatında Polis İdarəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsinə 100 000 ədəd çəkikimi balıq körpəsi buraxılıb. 

Xidmət rəisi qeyd edib ki, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə il ərzində təbii su hövzələrinə ümumilikdə 4 milyondan çox çəkikimi, nərəcinsli və qızılbalıq körpələri buraxılıb


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az