ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın “Pfizer” şirkəti və onun alman tərəfdaşı “BioNTech” tərəfindən hazırlanan vaksinin istifadəsini tam olaraq təsdiqləyib.
Manşet.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında bildirilir.
“Pfizer-BioNTech COVID-19 peyvəndi olaraq bilinən vaksin indi “Comirnaty” adı altında satılacaq, 16 yaş və yuxarı yaş qrupundan olan insanlarda COVID-19 xəstəliyinin qarşısını almaq üçün istifadə olunacaq”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, daha əvvəl təcili istifadə üçün alınımş icazə əsasında vaksin 12-15 yaşlılara, həmçinin, immuniteti zəif olanlara üçüncü doza kimi də vurula bilər.