3 ildir təmirə bağlanan məktəb niyə açılmır? - AÇIQLAMA

16:31 - 11 Yanvar 2023

3 ildir təmirə bağlanan məktəb niyə açılmır? - AÇIQLAMA

Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri təmirə bağlanan məktəbin fəaliyyətə başlamamasından narazıdırlar.

 

Manset.az xəbər verir ki, bu barədə onlar oxu.az-ın redaksiyasına şikayət ünavnlayıblar.

Bildirilib ki, təhsil ocağı üç ildən artıqdır təmirə bağlanıb:

“Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı binaya köçürülüblər. Amma üç ildən çox vaxt keçsə də, məktəbin təmiri bitmir. Bizə məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə də məlumat verilmir. Hər gün uzaq məsafəyə uşağı dərsə aparıb-gətirmək çətinlik yaradır”.

Məsələ barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.

İdarədən bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli məktəb 1989-cu ildə tikilib və istifadəyə verilib:

“Məktəb 1296 şagird yerlikdir. Yaranmış qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. Şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq”.

“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az