Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad eyni gündə öldü - FOTO

18:33 - 24 Avqust 2021

Nəvələrinin toyunda koronavirusa yoluxan ər-arvad eyni gündə öldü - FOTO

Bakıda ər-arvad eyni gündə koronavirusdan vəfat edib.

Manşet.az-ın modern.az-a istinadən məlumatına görə, paytaxt sakinləri 1937-ci il təvəllüdlü Qulu Quliyev və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Səriyyə Quliyeva bu yaxınlarda nəvələrinin toy mərasimində COVID-19-a yoluxublar.

Onların vəziyyəti pisləşdiyindən təcili olaraq Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdiriliblər. Bir müddət müalicə alsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.

Q.Quliyev və S. Quliyeva eyni gündə - avqustun 14-də xəstəxanada vəfat ediblər.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az