Avstriyanın XİN rəhbərinə CAVAB: “Laçın yolu açıqdır”

15:09 - 18 Yanvar 2023

Avstriyanın XİN rəhbərinə CAVAB: “Laçın yolu açıqdır”

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avstriya xarici işlər naziri Aleksandr Şallenberqin Laçın yolunun açılması ilə bağlı çağırışına münasibət bildirib.

 

Manset.az xəbər verir ki, Ayxan Hacızadə bununla bağlı öztviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir. O, həmçinin qeyd edib ki, 2022-ci ilin dekabrın 12-dən yanvarın 15-nə qədər BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 avtomobili hər iki istiqamətdə keçid edib: ““Blokada” ilə bağlı iddiaların əsası yoxdur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az