Baş nazirdən Dövlət Taxıl Fondu ilə bağlı - QƏRAR

20:03 - 24 Avqust 2021

Baş nazirdən Dövlət Taxıl Fondu ilə bağlı - QƏRAR

Nazirlər Kabineti Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydalarına dəyişiklik edib.

Manşet.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin qərarı Dövlət Taxıl Fonduna tədarük olunan, saxlanılmağa qoyulan, Fonddan istifadəyə buraxılan və Fondun yeniləşdirilməsi zamanı taxıl üçün tələblərin yeni AZS 888:2020 “Buğda. Texniki şərtlər” dövlət standartına uyğunlaşdırılmasını özündə ehtiva edir.

Sənədin tətbiq edilməsi, taxıl ehtiyatlarının yaradılması zamanı ərzaqlıq buğdanın yeni standartın tələblərinə uyğun tədarük edilməsinə, dövlət ehtiyatları kimi saxlanılan buğdanın keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsinə, nəticə etibarı ilə əhalinin daha keyfiyyətli un və çörək məmulatları ilə dayanıqlı təminatına imkan yaradacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az