Nazirlik alpaqa ilə bağlı məcburi göstəriş verdi - FOTO

14:23 - 25 Avqust 2021

Nazirlik alpaqa ilə bağlı məcburi göstəriş verdi - FOTO

Zoobulvar” əyləncə mərkəzində alpaqanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Manset.az xəbər verir ki, xidmətin rəsmisi Vaqif Cavadov “Qafqazinfo”ya bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub: “Alpaqanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.

V.Cavadov məsələnin nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə pis şəraitdə saxlandığı deyilən alpaqa ilə bağlı foto yayılmışdı. Heyvana kifayət qədər yaxşı qulluq edilmədiyi, istismar olunduğu bildirilirdi. “Qafqazinfo” yayılan görüntü ilə bağlı saxlanıldığı “Zoobulvar”la əlaqə saxlasa da, alpaqaya yaxşı qulluq olunduğu və hazırda reabilitasiya dövrünü davam etdirdiyi bildirilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az