Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB

09:22 - 08 Fevral 2023

Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB

Azərbaycan xalqı Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardımını davam etdirir. 

 

Manset.az BAKU.WS-ə isinadən xəbər verir ki, ötən gündən etibarən yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. İnsanların gətirdikləri yardımların arasında ikinci əl əşyalar da var. Bu səbəbdən onlar arasında çaşqınlıq yaranıb. Görəsən ikinici əşyalar da yardım üçün yararlıdırmı?

Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, ikinci əl əşyalar təmiz və istifadəyə yararlı olduğu halda qəbul edilir:

"Bu prosesi Türkiyədəki azərbaycandakı bəzi toplu qurumlar həyata keçirir. Əgər istifadəyə yararlı və təmiz olarsa ikinci əl əşyaların qəbulu həyata keçirilə bilər. Lakin bəzən geyinilməyəcək və istifadəyə yararlı vəziyyətdə olmayan geyimlər də gətirilir".

Mövzu ilə bağlı Türkiyəyə göndərilən yardım kompaniyasında iştirak edən "Nəfəs" ictimai birliyinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında bildirdi ki, gətirilən bütün yardımlar qəbul edilir. Yeni və köhnə geyimlər olmaqla ayrı-ayrı paketlərə yığılır:

"Biz qeyri-qida məhsulları qəbul edirik. Bizə gələn heç bir əşyanı geri qaytarmırıq. Biz Nəfəs İctimai Birliyi olaraq yeni geyimlər almışıq. Onları göndərəcəyik. Ötən gündən etibarən insanlar xeyli əşyalar gətiriblər. Onların içərisində yeni alınmış məhsullar da, ikinci əl əşyalar da var. Bunların hamsını biz seçib səliqəli şəkildə  ayrı-ayrı paketlərə yığırıq. Yararsız vəziyyətdə olanları çıxarırıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az