Cari il artan və azalan qeyri-ərzaq məhsullarının adları açıqlandı

14:17 - 10 Fevral 2023

Cari il artan və azalan qeyri-ərzaq məhsullarının adları açıqlandı

2023-cü ilin yanvarında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz təşkil edib.

 

Manset.az Anews.az-a istinadən xəbər verir ki, bu barədə dövlət statistika Komitəsinin açıqladığı hesabatda bildirilib. 

Belə ki, yanvarda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin qiymətində müşahidə olunub. 

Ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının qiymətlərində hiss edilib.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin yekunlarına əsasən Azərbaycan hökuməti orta illik inflyasiyanı 12,5% proqnozlaşdırıb.

2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az