Qubada qanunsuz kömür quyuları aşkar edildi

18:55 - 10 Fevral 2023

Qubada qanunsuz kömür quyuları aşkar edildi

Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.

 

Bu barədə Manset.az-a Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov olduğu müəyyən edilib: "Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv edilib”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az