Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərdi - FOTO

17:29 - 13 Fevral 2023

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərdi - FOTO

Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib.

 

Bu barədə Manset.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az