Polisə müqavimət göstərən şəxsə atəş açıldı

09:00 - 03 Mart 2023

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Astara rayonu ərazisində keçirilən əməliyyat zamanı Şəmkir rayon sakinləri olan Seymur və Tural Musayev qardaşları tərəfindən 40 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. 

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, onlar saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstəriblər, xidməti avtomobillərə zərər yetiriblər.

Polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Seymur Musayev zərərsizləşdirilib, digəri isə saxlanılıb.

Hadisə yerindən 1 ədəd avtomat silah və 40 kiloqramdan artıq güclü təsiredici xassəyə malik heroin, tiryək və psixotrop maddə götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az