Bakının bu ərazilərində su kəsiləcək

23:18 - 30 Avqust 2021

Bakının bu ərazilərində su kəsiləcək

Bakının bəzi ərazilərində içməli suyun verilişdə fasilələr olacaq.

Bu barədə  Manşet.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd edilib ki, Nəsimi rayonu Rəşid Behbudov küçəsindən keçən və istismar müddətini başa vurmuş 500 mm diametrli magistral su kəmərinin qəzalı hissəsi dəyişdiriləcək.

Bununla əlaqədar Nəsimi və Səbail rayonlarının mərkəzi hissələrinin bəzi ərazilərində (R.Behbudov, Bülbül, Z.Əliyeva, Ü.Hacıbəyov, Nizami, Füzuli, Xəqani, Vidadi, S.Rəhimov, Ş.Bədəlbəyli, D.Əliyeva, Ə.Əliyev küçələrinin bir hissəsi) suyun verilişində bu gün axşamdan 31 avqust 2021-ci il tarixində günün birinci yarısında içməli suyun verilişində fasilələr olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az