Ağsunun Padar kəndində istismar müddəti başa çatan qaz xətləri yenilənir - VİDEO

09:51 - 27 Mart 2023

Ağsunun Padar kəndində istismar müddəti başa çatan qaz xətləri yenilənir - VİDEO

SOCAR "Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. 

 

Manset.az xəbər xəbər verir ki, Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. 

Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur. Yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq. 

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az