WhatsApp-dan daha bir yeni funksiya - FOTO

14:18 - 27 Mart 2023

WhatsApp-dan daha bir yeni funksiya - FOTO

Dünyanın ən məşhur mesajlaşma platforması “WhatsApp” istifadəçilər üçün faydalı olacaq yeni funksiyalar üzərində işləyir.

 

Manset.az xəbər verir ki, tətbiq artıq anlıq video mesajlar funksiyasını işə salacaq.

Bu funksiya 60 saniyəyə qədər birdəfəlik video göndərməyə imkan verəcək. Yeni funksiya eynilə “Telegram” kimi işləyəcək.

Söhbətdə video çəkmək üçün düymə olacaq. Bu şəkildə səsli mesajlar kimi video mesajlar da göndərmək asan olacaq. Göndərilən qısa videolar söhbət ekranında dairəvi formatda görünəcək.

Başdan sona şifrələmə ilə qorunan video mesajlar başqa heç kim tərəfindən qeydə alına və ötürülə bilməz.

Digər tərəfdən, yeni funksiyanın ilk olaraq “iPhone” tətbiqinə əlavə ediləcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az