Nəzir qutuları Şeyxin əlindən alındı

14:51 - 27 Mart 2023

Nəzir qutuları Şeyxin əlindən alındı

Ölkənin məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən çıxarılıb.

 

Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi həyata keçirir. 

Bununla belə mənbəmiz bildirib ki, məscidlərdə və digər ibadət ocaqlarında  maaşla çalışlan işçilərin pulları ödənməyib. 

“Bu maaşlar nəzir qutularındakı pullar hesabına ödənilirdi” deyə mənbəmiz əlavə edib. 

Xatırladaq ki, bir müddət öncə məscidlərə axund təyinatı da QMİ-dən alınaraq, adıçəkilən komitəyə verilmişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az