Təəssüf ki, dünyada insanlığa qarşı sui-qəsd hadisələri də baş verir. Bu sui-qəsdin qurbanları arasında sadə insanlarla yanaşı, dövlət, hökumət başçıları, deputatlar, siyasi partiya liderləri də vardır.
Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri ölkəmizdə də bir sıra siyasilər sui-qəsdlərə məruz qalıblar.
Son olaraq millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa martın 28-i gecə saatlarında evinin qarşısında hücuma məruz qalıb. İki güllə yarası almasına rəğmən, xoşbəxtlikdən, deputatın həyatı üçün ciddi təhlükə yoxdur.
Manset.az xəbər verir ki, Bizim.Media 1990-ci illərdən bu günə kimi sui-qəsd nəticəsində həyatını itirmiş siyasətçiləri araşdırıb.
Əjdər Xanbabayev
Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və "Yazıçı” nəşriyyatının direktoru Əjdər Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülüb. Xanbabayevə qarşı sui-qəsd Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində törədilib..
Afiyəddin Cəlilov
1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilov da sui-qəsd qurbanlarındandır. O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günə qədər müxtəlif versiyalar səsləndirilir.
Şəmsi Rəhimov
Şəmsi Rəhimov 1994-cü ilin 8 yanvarında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilib. O, cəmi 9 ay bu vəzifəni icra edə bilib. Belə ki, Şəmsi Rəhimov həmin ilin sentyabrın 29-da sui-qəsd nəticəsində qətlə yetirilib.
Rövşən Əliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının ilk Hərbi Prokuroru olmuş Rövşən Əliyev də sui-qəsd nəticəsində həyatını itirib. R.Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. O, 2002-ci il 13 mart tarixində Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.
Əli Ansuxski
Azərbaycan SSR Ali Sovetinin (1990-1995) və Milli Məclisin (1995-1996) deputatı olmuş Əli Ansuxski 1996-cı ilin fevralın 26-da Bakının mərkəzində “Azərbaycan” prospektində yerləşən evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilir. Qeyd edək ki, Ə.Ansuxski deputatlıqdan öncə biznes fəaliyyəti ilə tanınıb və qətlin motivlərinin bununla bağlı olduğu bildirilirdi.
Ziya Bünyadov
1995-ci ildə Milli Məclisin üzvü olan akademik Ziya Bünyadov da sui-qəsdin qurbanlarındandır. Onu 1997-ci il fevralın 21-də yaşadığı binanın qarşısında qətlə yetiriblər. Akademikin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü bildirilir və bununla bağlı bir neçə nəfər azadlıqdan məhrum edilib.
Fətulla Hüseynov
Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyası zamanı keçirdiyi ən uğurlu əməliyyat olan Horadiz əməliyyatının rəhbərlərindən biri Fətulla Hüseynov 2004-cü il iyunun 14-də yaşadığı binanın qarşısında öldürülüb. O, 1996-cı ildən 2001-ci ilədək AFFA-nın viste-prezidenti vəzifəsində işləyib. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir.
Rail Rzayev
Rail Rzayev 1992-ci ildən etibarən Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə çalışıb. General-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də qətlə yetirilib. 2010-cu ilin noyabrında generalın qətlində şübhəli bilinən 3 şəxs məhkəmənin qərarı ilə azadlıqdan məhrum ediliblər.
Elmar Hüseynov
"Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında sui-qəsd nəticəsində qətlə yetirilib. Sui-qəsddən əvvəl çoxsaylı ölüm təhdidləri aldığı bildirilən 37 yaşlı jurnalist Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Son 30 ilin ən səs-küylü SUİ-QƏSDLƏRİ – ARAŞDIRMA
12:15 - 30 Mart 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
03 Aprel 2026 - 12:25
Aynur Kərimovaya yeni vəzifə verildi
03 Aprel 2026 - 16:07
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 - 12:08
Azərbaycanda 17 yüksəkvəzifəli şəxs cəzalandırıldı - RƏSMİ
03 Aprel 2026 - 12:11
"Vətən müharibəsindən sonra 421 nəfər minadan zərər çəkib"
03 Aprel 2026 - 15:13
Sabah yenidən intensiv yağışlar başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 - 13:34
Ərini qonşusu ilə öz yatağında tutan qadın dəliyə döndü - ANBAAN VİDEO
03 Aprel 2026 - 13:06
Azərbaycanda deputat evinə getdiyi qadının əri tərəfindən tutuldu - Pəncərədən qaçdı
03 Aprel 2026 - 11:11
52 illik cinayətin sirri açıldı - Qatil üzə çıxdı
03 Aprel 2026 - 13:19
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
03 Aprel 2026 - 11:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - YENİ QƏRAR
03 Aprel 2026 - 15:53
Uşaq bağçasına dəhşətli hücum - 4 uşaq qətlə yetirildi
03 Aprel 2026 - 13:22
Bu tarixdə intensiv yağış yağacaq - Güclü külək əsəcək
Xəbər xətti
- 03 Aprel 2026
- 23:36 Bəzi marşrutlar ləngiyə bilər - XƏBƏRDARLIQ
- 23:04 Pezeşkian İlham Əliyevə təşəkkür etdi
- 22:53 "Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü"
- 22:38 Sürücülərin NƏZƏRİNƏ - Bakıda bu yol bağlanır
- 22:20 Valideynlərini bıçaqlayan 18 yaşlı oğlan övladlığa götürülübmüş - DETALLAR
- 22:04 “Qarabağ” -“Sabah” qarşılaşması bərabərliklə bitdi
- 21:58 Tanınmış jurnalist yeni vəzifəyə təyin olundu
- 21:22 "Turan Tovuz" rəhbərindən sərt sözlər - "Əliyarın haramı olsun"
- 21:05 ABŞ və İsrail Xarq adasına hücum etdi - Ölən var
- 21:01 “Turan Tovuz” “Zirə”yə məğlub oldu
- 20:33 “Qastrol proqramı ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir”
- 19:53 Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ
- 19:30 “Barəmdə deyilənlər şər-böhtan idi, cinayət işi rədd edildi” - Hidayət Məhərrəmli
- 19:20 Təhsildə Mədəniyyət Konsepsiyası - Nədən başlamalı?
- 19:09 Messinin DÇ-2026-da iştirakı sual altındadır
- 18:57 "Qlobal gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb”
- 18:46 Ərdoğan və Putin telefonla danışdı
- 18:34 Onların ailələrinə Prezident təqaüdü təyin edildi
- 18:13 Nizami Kino Mərkəzinin divarını yazanların kimliyi bilindi
- 17:59 “Vətən sevgisini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik”
- 17:50 “Veysəloğlu”nun dəstəyi ilə “Zəfər Yolu” layihəsinin təqdimatı keçirildi – FOTOLAR
- 17:32 Trampdan növbəti Hörmüz boğazı açıqlaması - "Əgər onu ələ keçirsək..."
- 17:30 DTX-də peşə bayramı günü münasibətilə tədbir - FOTO/VİDEO
- 17:25 ABŞ pilotu əsir götürülüb - İran AÇIQLADI
- 17:19 Abşeronda Aprel şəhidlərinin ailələri ilə görüş keçirildi - FOTOLAR
- 17:13 Türkiyədə sosial mediaya giriş qaydaları dəyişir
- 17:01 Prezident onu ölümündən sonra təltif etdi
- 16:56 "Təyyarədə bomba var" deyərək zarafat etdi - 4 il həbs olundu
- 16:47 Silsilə idman yarışlarının keçirilməsi ilə bağlı iclas keçirildi - FOTOLAR
- 16:43 Rusiya savaş təyyarəsi Krıma düşdü
- 16:38 İlham Əliyevdən mühüm FƏRMAN
- 16:31 Yeni ana olan bacılarına bıçaqla hücum etdilər - Saxlanıldılar
- 16:07 Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
- 16:03 Bunu edənlərə 15 ilədək həbs veriləcək
- 15:53 Uşaq bağçasına dəhşətli hücum - 4 uşaq qətlə yetirildi
- 15:52 "e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır
- 15:34 Bu şəxslərin maaşının vergi tutulan hissəsi 400 manat azaldılır
- 15:32 Yük təyyarəsi qəzaya düşdü - Ölənlər var
- 15:18 AccessBank-dan “Gül kimi” təklif
- 15:13 Sabah yenidən intensiv yağışlar başlayır - XƏBƏRDARLIQ
- 15:10 Qurban Qurbanovun iclaslarda az iştirak etməsinə Rövşən Nəcəfdən REAKSİYA
- 15:00 Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
- 14:45 Onların təhsil haqqını dövlət ödəyəcək
- 14:29 Bir həftə əvvəl 20 yaşlı gənci öldürən şəxs belə saxlanıldı - VİDEO
- 14:16 Rüfət İsmayılovun milyardlıq əmlakı müsadirə edildi
- 13:59 Peşə təhsilinə maraq artdı - Müraciət rekord həddə
- 13:54 NATO və Rusiya Ankarada üz-üzə gəldi
- 13:37 Qadınların peşə təhsilinə marağı artır
- 13:34 Ərini qonşusu ilə öz yatağında tutan qadın dəliyə döndü - ANBAAN VİDEO
- 13:22 Bu tarixdə intensiv yağış yağacaq - Güclü külək əsəcək
- 13:19 “Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO