Avstraliya hökuməti hökumət işçilərinə rəsmi cihazlarda “TikTok” istifadə etməyi qadağan edəcək.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bunu ölkənin baş prokuroru Mark Dreyfus bildirib.
Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının, Aİ Şurasının və Avropa Parlamentinin əməkdaşlarına, eləcə də bəzi ölkələrin dövlət qulluqçularına “TikTok” tətbiqini ofis cihazlarına quraşdırmaq qadağan edilib.
Hazırda ABŞ Konqresində sosial şəbəkənin qadağan edilməsi ilə bağlı qanun layihəsi də müzakirə olunur.