Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini təsdiqləyib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunması nəzərdə tutulur.
Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.