Dövlət sərhədini pozmağa cəhd edən əcnəbilər SAXLANILDI

11:45 - 06 Aprel 2023

Dövlət sərhədini pozmağa cəhd edən əcnəbilər SAXLANILDI

Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.

 

Bu barədə Manset.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az