Balakəndə intihar hadisəsi olub.
Manset.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib. Kənd sakini 61 yaşlı Cavanşir Qurbanov evin həyətindəki talvarda özünü asaraq həyatına son qoyub.
İntiharın səbəbləri hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.